Mingəçevir su anbarında suyun səviyyəsi 83 metri keçib

Mingəçevr su anbarında suyun səviyyəsi 83,14 metrə çatıb.

ANS-in verdiyi məlumata görə, bu barədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Etibar Pirverdiyevin sözlərinə görə, anbarda daima monitorinq aparılır və vəziyyət nəzarət aldındadır.

Qeyd edək ki, Mingəçevir su anbarında maksimal hədd 85,5 metrdir.