Dağlıq Qarabağdakı seçkiləri Rumınya da pisləyib

Rumıniyanın Xarici İşlər Nazirliyi mayın 23-də qondarma Dağlıq Qarabağ Respublikasında keçirilmiş «parlament seçkiləri»ni legitim saymır.

Bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyi məlumat verir.

Xarici İşlər Nazirliyi bildirib ki, Rumınya Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinin tərəfdarıdır və bölgənin statusu ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində həll olunmalıdır.