“ İraqi Airways” şirkəti bağlanır

İraqın hakim dairələri “ İraqi Airways” şirkətini bağlamaq qərarına gəlib.

Buna səbəb qonşu Küveytlə hava şirkəti arasındakı əmlak mübahisəsidir.

Küveytin hava şirkəti 1990-cı ildən bu yana İraq tərəfinin ona 1 milyard 200 milyon dollar borcu olduğunu iddia edir.

“ İraqi Airways”-ın əvəzinə yeni şirkət yaradılacağı hələlik bəlli deyil.