Hindistanda təyyarə qəzasının səbəbi araşdırılır

Hindistanda 158 adamın ölümüylə nəticələnmiş təyyarə qəzasının səbəbləri araşdırılır.

Hindistanın Hava Şirkətinə məxsus Boinq-737-800 sərnişin təyyarəsi dünən Manqalora hava limanında yerə enərkən eniş zolağından çıxaraq qəzaya düşüb.

Təyyarədə olan 166 adamdan cəmi 8-i sağ qalıb.

Rəsmilər hələlik qara yeşiyin tapılmadığını deyirlər.

Hindistanın aviasiya naziri Praful Patel baş pilotun serb olduğunu və onun həddən artıq təcrübəli olduğunu deyir.

Qəzanın səbəbi hələlik bəlli deyil.