İmişlinin iki kəndində ətraf ərazilər daşqın suları ilə dolub

Bu gecə Sarısu gölünün İmişli rayonu ərazisindən keçən hissəsində sahil mühafizə bəndinin bir hissəsi yuyulub. Nəticədə rayonun Allahmədətli və Telişli kəndlərinin ətrafındakı bəzi ərazilər daşqın suları ilə dolub. Fəsadların aradan qaldırılması istiqamətində dağılmış bəndələrdə bərpa və bərkitmə işləri aparılır.

Xəbəri Fövqəladə Halları Nazirliyi yayıb.