NATO Kosovodakı hərbçilərinin sayını azaldır

NATO Kosovodakı hərbçilərinin sayını azaltmaq niyyətində olduğunu açıqlayıb. Alyansın birləşmiş komandanı, amerikalı admiral Ceyms Stavridis bildirib ki, Balkanlarda vəziyyət yaxşılaşdığına görə, Kosovodakı 15 minlik NATO hərbçilərinin sayını 10 minədək və ola bilsin hətta ilin sonuna qədər 5 minədək azaltsınlar.

2008-ci ilin fevralında müstəqilliyini elan etmiş Kosovonu indiyə qədər 68 ölkə tanıyıb. Serbiya Kosovonun müstəqilliyini qəbul etmir və onu öz ərazisinin bir hissəsi sayır.