Çaylarda sululuğun artımı davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev AzadlıqRadiosuna bildirib ki, ötən gün çayların Mingəçevir Su Anbarına daxil olan hissəsində artım qeydə alınıb.

Kür çayı Yevlaxda 5 sm, Zərdabda 2, Şirvanda 4, Bankə qəsəbəsində 3, Araz çayının Novruzlu məntəqəsində 13 sm artıb.