Müftilər Rusiya həbsxanalarında müsəlman məhbuslara baş çəkəcəklər

Rusiyada imamalara həbsxanalara baş çəkib orada saxlanan müsəlman məhbuslarla görüşməyə icazə verilib. Bu barədə mayın 12-də Rusiya federal həbsxanalar idarəsi ilə müştilər şurası arasında razılaşma imzalanıb.

Ədliyyə Nazirliyi bildirir ki, Rusiya həbsxanalarında 40 məscid, 200-dən çox ibadət otağı var. Onların da çoxu Tatarıstanda və Başqırdıstandadır.

Son vaxtlar Rusiya Ortodoks kilsəsi həbsxanalarda fəallaşıb. Bu da həbsdə olan müsəlmanlar arasında bəzi narahatlıqlar yaradıb.