Boris Tadiç İlham Əliyev ilə görüşüb

Bakıda səfərdə olan Serbiya prezidenti Boris Tadiç bu gün prezident İlham Əliyev ilə görüşüb.

«Azərtac»ın məlumatına görə görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulanıb. İkitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edilib.

İkitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.