Gürcüstanın birinci xanımı Azərbaycana gəlir

Gürcüstanın birinci xanımı Sandra Rulovs

Gürcüstanın birinci xanımı Sandra Rulovsun mayın 12-dən Azərbaycana səfəri başlayır.

Bu barədə «Turan»a Gürcüstanın Bakıdakı səfirliyindən məlumat verilib.

Mayın 14-dək davam edəcək səfərin təfərrüatı və məqsədləri açıqlanmır.

Sandra Rulovs dəfələrlə Bakıda işğüzar səfərdə olub, ölkə rəhbərliyi ilə görüşüb. Onun əvvəlki səfərləri humanitar layihələr ilə bağlı olub.