Bakının mərkəzində Atatürkə heykəl ucaldılıb

Bakının mərkəzində Türkiyə Cümhiriyyətinin banisi Mustafa Kamal Atatürkə heykəl ucaldılıb. Heykəl Bakının Nəsimi rayonunda, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində - Türkiyə səfirliyinin qarşısında qoyulub.

Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərov Milli.Az-a açıqlamasında həmin ərazidə Atatürkün heykəlinin qoyulması xəbərini təsdiq edib.

Abidə hələ ki, ağ örtükdədir. Heykəlin açılış mərasiminin mayın 16-a təyin edildiyi bildirilir.

Qeyri-rəsmi məlumatlara görə, açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da iştirakı nəzərdə tutulub.