Medvedyev Suriya və Türkiyəyə gedir

Bu gün Rusiya prezidenti Dmitri Medvedyevin Suriya və Türkiyəyə səfəri başlayır. Dəməşqdə Medvedyevin Suriya prezidenti Bəşər əl-Əsədlə görüşəcəyi və bu görüşdə ticarət-iqtisadi, hərbi-texniki əməkdaşlığın, eləcə də Yaxın Şərq sülh danışıqlarının perspektivlərinin müzakirə ediləcəyi bildirilir.

Rusiya prezidentinin sabah axşam Dəməşqdən Ankaraya gələcəyi gözlənilir.