Raket zərbəsində azı 10 adam ölüb

Bu gün Pakistanın şimal-qərbinin raket atəşinə tutulması nəticəsində 10 adam ölüb.

Agentliklərin məlumatına görə zərbəni Birləşmiş Ştatların pilotsuz təyyarəsi endirib.

Hədəf Şimali Vəziristandakı evlərdən biri olub.

Hələlik ölənlərin kimliyi bəlli deyil.