Şuşanın işğalından 18 il keçir

Şuşadan olan məcburi köçkünlər

Ermənistan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğal etməsindən 18 il keçir.

Şuşanın işğalı zamanı 480 nəfər günahsız insan qətlə yetirilib, 600 nəfər yaralanıb, 150 nəfər əlil olub, 25 minə yaxın insan məcburi köçkünə çevrilib.

XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa 1992-ci il mayın 8-də işğal olunub.