Şimali Koreya danışığa hazırdır

Şimali Koreya özünün nüvə silahı istehsalı proqramına son vermək üçün danışıqlar masasına qayıtmağa hazır olduğunu bildirib. Çin mediasının məlumatına görə, bunu Koreya lideri Kim Yonq İl Pekinə səfəri zamanı Çin rəhbəri Hu Dzintao ilə görüşündə deyib.

Şimali Koreya ötən il danışıqları dayandırmış və ardınca nüvə sınağı keçirmişdi. Bunun nəticəsində Pxenyan BMT-nin sərt sanksiyalarına məruz qalıb.