Gecə saatlarında Bakıya avtobus girib-çıxmayacaq

Azərbaycanın Nəqliyyat Nazirliyi bu gündən Beynəlxalq və Şəhərlərarası Avtovağzalda uzaq məsafəli reyslərdə dəyişiklik edib.

Gecə saatlarında avtobusların Bakıya və əks istiqamətdə hərəkətinə qadağa qoyulub.

Saat 01.00-dan 06.00-dək sürücülər üçün istirahət vaxtı müəyyən edilib.

Nəqliyyat Nazirliyi bunun təhlükəsizlik baxımından edildiyini bildirir.

Nazirlik sürücüləri və sərnişinləri vəziyyəti düzgün qiymətləndirməyə çağırır.