Gürcü müxalifəti aksiyaya hazırlaşır

Mayın 6-da Tbilisidə prezident Saakaşvilinin istefası tələbi ilə aksiya keçiriləcək. Müxalifət həmçinin siyasi məhbusların azadlığa buraxılmasını istəyir.

Müxalifət fəalları polislərin DİN-nin yeni binası qarşısındakı toplantısına da mane olmaq niyyətindədir.

Parlamentin binası qarşısına toplaşacaq müxalifət ötən nümayişlərdə həbs olunanların azadlığa buraxılması tələbini irəli sürəcək.