Həmsədrlər Vyanada görüşəcək

Mayın 5-də ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri Vyanada görüşəcəklər.

Həmsədrlər Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi haqqında ATƏT-in fəaliyyətdə olan sədrinə və Minsk qrupunun üzv dövlətlərinin təmsilçilərinə məlumat verəcəklər.

Xəbəri Yeni Azərbaycan partiyasının saytı yayıb.