Lukaşenko Azərbaycana gələcək

Belarus prezidenti Aleksandr Lukaşenko bu ilin birinci yarısında Azərbaycana gələcək.

Bu haqda Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviş bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Səfir deyib ki, hazırda səfər proqramı ilə bağlı müzakirələr aparılır.