Rusiya Katın faciəsi ilə bağlı arxiv sənədlərini açıqlayıb

Rusiya ilk dəfə olaraq 1940-cı il Katın faciəsi ilə bağlı arxiv sənədlərini açıb.

Sənədlər prezident Dimitri Medvedevin göstərişi ilə Rosarxivin internet səhifəsində yerləşdirtilib.

1940-cı ilin aprel-may aylarında Smolensk ətrafındakı Katın meşəsində Stalinin əmriylə təxminən 22 min polşalı zabit və ziyalı güllələnib.

Polşa xeyli vaxt idi ki, Rusiyadan bu hadisəylə bağlı arxivin açılmasını tələb edirdi.