Çin HİV viruslulara ölkəyə gəlməyə icazə verdi

Çin hökuməti HİV və AİDS viruslu şəxslərin gəlişinə qoyduğu qadağanı ləğv edib.

Belə bir dəyişiklik qanunvericiliyə dünən edilib. Bir çoxları bu addımı şənbə günü Şanxayda keçiriləcək Ümumdünya Expo 2010 sərgisi ilə bağlayır.

Sərgidə təxminən 100 milyon ziyarətçinin, o cümlədən 4 milyon əcnəbinin iştirakı gözlənilir.

Hazırda dünyanın 50-dən çox ölkəsində HİV viruslu insanlara bu və ya digər şəkildə məhdudiyyətlər mövcuddur.