Qəndəharda təhlükəsizliklə bağlı vəziyyət pisləşib

BMT Əfqanıstanın Qəndəhar şəhərindəki işçilərinin bir hissəsini burdan çıxarıb. Qalanlarına isə evdən bayıra çıxmamağı tapşırıb. Səbəb təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsidir.

NATO qüvvələrinin Qəndəhara planlaşdırdıqları iri hücum əməliyyatı ərəfəsində talibançılar bu şəhərdə fəaliyyətlərini intensivləşdiriblər.