Sel Tərtərə ziyan vurub

Güclü yağışlar nəticəsində Tərtərdəki bəzi həyətyanı sahələr və yardımçı binalara ziyan dəyib.

Tərtər çayının rayon mərkəzindən keçən qolu məcrasından çıxıb,körpülərdən biri qəzalı vəziyyətə düşüb.

Hazırda mütəxəssislər dəymiş ziyanı müəyyənləşdirirlər.

Ümumilikdə isə son günlər yağan aramsız yağışlar nəticəsində bölgədəki dağ çaylarında suyun səviyyəsi 2 dəfə artıb.