Olimpiya komitəsinin keçmiş prezidenti vəfat edib

Beynəlxalq Olimpiya Komitəsinin keçmiş prezidenti Xuan Antonio Samaranç 90 yaşında vəfat edib.

Ürəyindən əziyyət çəkən Samaranç Barselonadakı klinikalardan birində keçinib.

Əvvəllər diplomat olmuş Xuan Antonio Samaranç 1980-2001-ci illərdə Beynəlxaql Olimpiya Komitəsinin prezidenti olub.