Ermənistanda polis məntəqəqsində ölən gəncin anası deyir ki, oğlunu polis öldürüb

Ermənistanda polis məntəqəsində ölən Vahan Xalafyanın anası deyir ki, onun oğlunu polisdə işgəncə verib, öldürüblər.
Yerevanın 40 km-liyində olan Çarentsavanda 24 yaşlı Xalafyan oğurluq ittihamı ilə tutulmuşdu.
Polisin versiyasına görə, onu dindiriblər, dalki günü Xalafyan polis zabitinin yeşiyindən mətbəx bıçağını götürüb, öz qarnına soxub.
Onun anası isə deyir ki, oğlunun sinəsi boyu uzun bıçaq kəsikləri var, qarnına isə iki zərbə vurulub.
Ana deyir ki, onun oğlunu yalnız ona görə tutmuşdular ki, pul qoparsınlar.