Prezident Bradkeni qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev aprelin 20-də ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatlarından olan həmsədri Robert Bradkeni qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.