Bağdadda seçkinin nəticələri təzədən sayılır

Martın 7-də keçirilmiş parlament seçkisinin Bağdad şəhəri üzrə nəticələri təzədən sayılacaq. Bu barədə İraqın Mərkəzi Seçki Komissiyasının sədri aprelin 19-da məlumat verib. 325 yerlik İraq parlamentində yerlərin 68-i paytaxtın payına düşür.

Səslərin sayılmasını hazırkı baş nazir Nuri-əl-Malikinin bloku tələb edirdi. MSK-nın bundan əvvəlki rəsmi məlumatında Malikinin blokunun çox cüzi səslə seçkini uduzduğu bildirdilirdi.