Xorvatiya prezidenti Bosniyadan üzr istəyib

Xorvatiya prezidenti İvo İosipoviç 90-cı illərdə Bosniya xorvatlarının törətdiyi qətllərə göeə Bosniyadan üzr istəyib.

İosipoviçin bu gün Xorvatiyaya 2 günlük səfəri başlayıb.

O Sarayevada çıxış edərkən ölkəsinin qonşu Bosniyayla xoş münasibətlər qurmaq fikrində olduğunu bildirib.

Sabah onun Bosniyanın iki kəndinə baş çəkəcəyi gözlənilir.

Bosniya xorvatları 1993-cü ildə bu kəndlərdə 170-ə yaxın bosniya müsəlmanını qətlə yetiriblər.