Parisi Londonda "partladacaqlar"

Mirzə Fətəli Axundovun məşhur “Müsyö Jordan və Məstəli şah” dramı Londonda səhnələşdirilib.

Avropa Azərbaycan Cəmiyyətinin mətbuat katibi Nil Vatsonun APA-ya verdiyi məlumata görə, tamaşa aprelin 15-də Arts Educational Schoolda nümayiş ediləcək.

Əsəri ingilis dilinə “Gruntlers Arts Grour”un nümayəndəsi Sənan Ale tərcümə edib.

Tamaşadan öncə Azərbaycan milli rəqsləri nümayiş etdiriləcək, sonra ingilis şairi David Pari təqdimat çıxışı edəcək.

Tamaşadan sonra isə Azərbaycan musiqisi səslənəcək, “Dərviş Parisi partladır” filmindən parçalar nümayiş etdiriləcək. akhundov