Bakiyevin toxunulmazlığı ləğv edilib

Qırğızıstanın müvəqqəti hökuməti prezident Kurmanbek Bakiyevin toxunulmazlığını ləğv edib. Müvəqqəti hökumətin vitse-prezident Azimbek Beknazarov bildirib ki, əgər Bakiyev təslim olmasa, o güc strukturlarının köməyi ilə həbs olunacaq.

Bu gün Qırğızıstanın cənubunda Cəlalabad şəhərində prezident Kurmanbek Bakiyevin 4 minə yaxın tərəfdarı mitinq keçirib.

Dünən tərəfdarları qarşısında çıxış edən Bakiyev demişdi ki, o prezident olaraq qalır və yeni hökumətin onu həbs edəcəyi hədələrindən qorxmur.