Karaciçin işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilir

Haaqa Məhkəməsində Bosniya serblərinin lideri Radovan Karaciçin işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilir.

Karaciç Srebrenitsada 7 min müsəlman oğlan və kişinin qətli də daxil olmaqla 11 hərbi cinayətdə və soyqırımda ittiham olunur. Karaciç ittihamları qəbul etmir.

Bu günkü məhkəmədə şahidlər dindiriləcək.