Venesiya Komissiyasının rəsmisi Bakıdadır

Avropa Şurası Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin rəhbəri Sergey Kuznetsov Bakıda səfərdədir. O, səfər zamanı seçki qabağı Fəaliyyət Planını müzakirə edəcək.

Bu barədə AzadlıqRadiosuna Avropa Şurasının İnformasiya Ofisinin İcraçı Direktoru İlqar İbrahimli məlumat verib.

O, Kuznetsovun səfərinin texniki xarakter daşıdığını bildirib.

Vensiya Komissiyasının rəsmisinin səfəri aprelin 14-də başa çatacaq.