Prezidentin həbsi nəzərdən keçirilir

Kurmanbek Bakiyev

Roza Otunbayeva deyib ki, müvəqqəti hökumət Bakiyevə qarşı güc tətbiq etməyəcək, amma eyni zamanda onun təhlükəsizliyinə də təminat verə bilmir
Qırğızıstandakı müvəqqəti hökumət prezident Kurmanbek Bakiyevin həbsi və məhkəməyə cəlb edilməsini nəzərdən keçirir.

Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva «Reuter» agentliyinə müsahibəsində artıq Bakiyevin qohumları və onunla əlbir olanların həbsinə sərəncam verildiyini bildirib.

Otunbayeva deyib ki, müvəqqəti hökumət Bakiyevə qarşı güc tətbiq etməyəcək, amma eyni zamanda onun təhlükəsizliyinə də təminat verə bilmir.

K.Bakiyev isə aprelin 7-də insanlara atəş açmaq əmri vermədiyini və istefaya getmək fikrində olmadığını bəyan edib.

O həmçinin deyib ki, onu öldürmək cəhdi ölkədə qanla qurtaracaq.

HƏMÇİNİN BAX:

QIRĞIZISTAN QURBANLARINI DƏFN EDİR
BİŞKEKDƏ QANLI TOQQUŞMALAR

MÖVZUYA FORUMDA MÜNASİBƏT BİLDİR