Qamsaxurdiyaya 9 il yarım iş kəsilib

Keçmuş Gürcüstan prezidenti Zviyad Qamsaxurdiyanın oğlu Tsotnı qonşusunu öldürməyə cəhddə və qanunsuz silah saxlamaqda təqsirli bilinib.

Tbilisi şəhər məhkəməsi onu 9 il yarım azadlıqdan məhrum edib.

Bu barədə İnterfaks agentliyi xəbər verir.

İlk Gürcüstan prezidentinin həyat yoldaşı Manana Arçvadze-Qamsaxurdiya həbsin siyasi motivli olduğunu deyir.

Müdafiə tərəfi məhkəmənin qərarından şikayət vermək fikrindədir.