ABŞ Manas bazasından istifadə edə bilər

Qırğızıstanın müvəqqəti hökumətinin lideri Roza Otunbayeva bu gün bildirib ki, Qırğızıstanın əsas hava bazası ABŞ-ın hərbi qüvvələri üçün açıq olacaq.

Otunbayeva deyib ki, ABŞ qüvvələri Manas hava bazasından bundan sonra da istifadə edə bilər.

Bu baza Əfqanıstanda talibanla mübarizədə mühüm əhəmiyyət kəsb edir.