Prezident səlahiyyətlərini azaldan qanunu qəbul etməyə çağırır

Pakistan prezidenti Asif Əli Zardari aprelin 5-də parlamentdə çıxışında prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanunu qəbul etməyə çağırıb. Müxalifətin çoxdan tələb etdiyi bu qanun ölkənin idarə edilməsində baş nazirin və parlamentin səlahiyyətlərini artırır, prezidenti isə formal təmsilçi vəziyyətinə gətirir.

Amma təhlilçilər deyirlər ki, bu qanun qəbul edilsə belə, ölkədə ən böyük partiyaya rəhbərlik edən Zardari ölkədə əsas söz sahibi olaraq qalacaq.

Bu arada Pakistanda Ali Məhkəmə ilə prezident arasında gərginlik də səngimir. Məhkəmə prezidenti keçmiş. Korrupsiya ittihamlarından qoruyan amnistiya qərarını ləğv edib Zardariyə qarşı cinayət işlərinin təzələnməsinə çalışır.

Keçən həftə ABŞ Ali Məhkəməsi də prezident də daxil olmaqla bir sıra Pakistan rəsmilərinə qarşı korrupsiya ittihamları ilə cinayət işlərinin açılmasına qərar verib.