114 fəhlə xilas edilib

Son məlumatlara görə Çində kömür mədənində qalan 153 fəhlədən 114-nü xilas etmək mümkün olub. Xilasedicilər qalan fəhlələrin də sağ tapılacağına ümidlər axtarışlarını davam etdirirlər.

Mədən bir həftə əvvəl uçmuşdu. Bəzi məlumatlara görə fəhlələr sağ qalmaq üçün ağac qırıntıları yeyiblər.