Gəncədə bağlanan dönərxanaların sayı 9-a çatdı

Səbəb onların təyinatlı tikililərdə yerləşməməsi, həmçinin sanitar-gigiyenik normalara uğun olmamasıdır.

Bu barədə məlumatı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri Kərim Rəhimov verib. Onun sözlərinə görə, ötən həftə şəhərdə fəaliyyət göstərən 4 dönərxanada sanitar-gigiyenik normalar yoxlanılıb. Yoxlamadan sonra onların qısa müddətdə bağlanmasına qərar verilib.

Ötən ay da Mərkəzin əməkdaşlarının keçirtdikləri reydlər zamanı dönər satışı ilə məşğul olan 5 iaşə obyekti bağlanmışdı. 6 obyekt sahibi isə sanitar gigiyenik normalara əməl etmədiyi üçün hər biri 100 manat məbləğində cərimələnmişdi.

Hazırda Gəncədə 20-dən çox dönər satışı ilə məşğul olan obyekt fəaliyyət göstərir.