Ermənistan iki azərbaycanlının meyitini təhvil verdi

Meyitlərin təhvil verilməsi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub

Aprelin 3-də Ermənistan iki azərbaycanlının meyitini Azərbaycana təhvil verib.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva məlumat verib.

Əməliyyat Ermənistanın Yeresxavan şəhəri ilə Azərbaycanın Sədərək şəhəri arasındakı yolda həyata keçirilib.

Qazax rayon sakinləri Həsən HüseynovSakit Məmmədov martın əvvəllərində mal-qara otaran zaman səhvən Ermənistan ərazisinə keçiblər və Ermənistan hərbçiləri tərəfindən qətlə yetiriliblər.

Meyitlərin təhvil verilməsi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub. / ANS /