Polisi rüşvətə görə tutublar

Moskvada "rüşvətsiz milis" şüarı ilə etiraz aksiyası, 28 noyabr 2009

Rusiyada Vladivostok şəhərinin iki yüksək rütbəli polisi aprelin 2-də azadlıqdan məhrum edilib. Məhkəmə onların azadlıqlarının birinin dörd, digərinin beş il müddətə əllərindən alınması barədə qərar çıxarıb.

Onlardan biri polkovnik Eduard Kanunnikov Vladivostokda Pervomay rayon Daxili İşlər İdarəsinin cinayət axtarış şöbəsinin rəhbəri, Dmitri Skuyev isə həmin şöbənin narkotik ticarətinə qarşı xüsusi agenti olub.

Vladivostok polisinin sözçüsü Avrora Rİmskaya AzadliqRadiosuna bildirib ki, həmin polis əməkdaşları narkotik ticarəti ilə məşğul olduğuna görə saxlanmış adamların yaxınlarından 150 min rubl (təxminən 5 min dollar) rüşvət alıb, həmin adamı həbsdən buraxıblar.

İttihama görə pulu Dmitri Skuyev götürüb, sonra da onu öz rəisi ilə yarı bölüb.