“Erməni soyqırımı”nı tanıma qərarı ləğv edilib

AzərTAc agentliyinin məlumatına görə Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası ötən ilin dekabrında qəbul etdiyi “erməni soyqırımı”nın tanınması haqqında qərarını ləğv edib.

Agentlik bunun dünyada eyni məzmunda qəbul edilən qərarın ləğv olunduğu ilk hal adlandırır.

Agentlik bildirir ki, bununla bağlı İzyum Şəhər Şurasının sədri Krım Azərbaycanlılar Dərnəyinə və Ukrayna Azərbaycanlıları Konqresinin Krım şöbəsinə məktub göndərib.