Metro partlayışında ölənlərin sayı 40 nəfərə çatdı

Moskva metrosunda partlayışda yaralanmış 51 yaşlı kişi də xəstəxanada ölüb.

Bununla da martın 29-da baş verən partlayışlardan ölənlərin sayı 40 nəfərə çatıb. Bu hadisə zamanı yaralanmış 84 nəfər də hələ xəstəxanadadır.

Bu partlayışa görə məsuliyyəti çeçen usyançılarının lideri Doku Umarov öz üzərinə götürdüyünü bildirib.