Prezident Şirvan şəhərinə gedib

Prezident İlham Əliyev aprelin 1-də Şirvan şəhərinə gedib.

Heydər Əliyev meydanında aparılan abadlıq və quruculuq işləri ilə tanış olub. Daha sonra meydanda yerləşən Heydər Əliyev Mərkəzinin açılışına qatılıb. Müdafiə Sənayesi Nazirliyinin «Araz» Zavodunun açılışında olub.

Prezidentin Şirvan Olimpiya Kompleksinin təməlqoyma mərasimində iştirakı və «Cənub» İstilik Elektrik Stansiyasının tikintisinə də baş çəkəcəyi gözlənilir.