Oğurlanmış diplomat azad olunub

2008-ci ilin noyabrında Pakistanın şimal-qərbində oğurlanmış İran diplomatı Həşmətulla Əttarzadə azad olunub. İranın Pişəvərdəki baş konsulu diplomatın artıq İranda olduğunu deyib.

İranın dövlət televiziyası diplomatın xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində azad olunduğunu bildirib. O Pişəvərdə ticarət atteşesi idi.