Puşkinin dağıdılan abidəsinin yerinə təzəsini qoydular

Cənubi Osetiyanın paytaxtı Tsxinvalidə rus şairi Aleksandr Puşkinin abidəsinin açılışı olub.

Təzə abidəni 2008-ci ildə Gürcüstanın öz separatçı bölgəsini geri almaq üçün hücuma keçdiyi zaman dağıdılan Puşkin abidəsinin yerinə qoyublar.

Yeni büst şəhərin mərkəzində - Puşkin küçəsində qoyulub.

Abidəni rus heykəltəraşı hazırlayıb və onu şəhərə Rusiyanın SMİK şirkəti bağışlayıb.

Açılış mərasiminə qatılan separatçı bölgənin “prezidenti” Eduard Kokoytı deyib ki, “Puşkinin irsi bundan sonra da osetin xalqının mənəvi inkişafına xidmət edəcək”.

Rusiya Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.