«Rio Tinto»nun dörd əməkdaşına hökm oxunub

Çinin Şanxay şəhər məhkəməsi dünyanın iri mədənçıxarma şirkəti olan «Rio Tinto»nun dörd əməkdaşına hökm oxuyub, onlara 7 ildən 14 ilədək həbs cəzası verilib.

Üç nəfər Çin, bir nəfər də Avstraliya vətəndaşı rüşvət almaqda və sənaye casusluğunda ittiham olunurlar.