İsrail Şərqi Qüdsdə yeni tikililərdən imtina etməlidir

İsrail Şərqi Qüdsdə tikinti işlərindən tam imtina etməyincə onunla sülh danışıqları mümkün olmayacaq.

Bunu Fələstin prezidenti Mahmud Abbas Ərəb Dövlətləri Liqasının Liviyada keçirilən sammitində çıxış edərkən deyib.

BMT-nin baş katibi Ban Ki Mun isə sülh danışıqlarının münaqişənin yeganə həlli yolu olduğunu bildirib.