ABŞ-ın pilotsuz təyyarəsi Pakistanı bombalayıb

Amerika ordusunun pilotsuz təyyarəsi Pakistanın şimal-qərbini bombalayıb.

Pakistanın kəşfiyyat xidməti 4 nəfərin öldüyünü, 5-nin isə yaralandığını xəbər verir.

Zərbə yaraqlıların gizləndiyi güman edilən evlərə vurulub.

Əfqanıstan sərhəddinin yaxınlığında yerləşən Şimali Vəziristan Əl Qaidə və talibançıların əsas dayaq məntəqələrindən biri hesab olunur.