Rusiyalıların əsas qənimi "ucuz vodka"dır

Rusiyada vodkaya laudəçilik bütün yaş kateqoriyalarının problemidir

Ucuz vodka rusların ölümünün əsas səbəbidir. Moskvadakı Yeni İqtisadiyyat Məktəbi bununla bağlı apardığı araşdırmanın nəticələrinə əsasən belə iddia edir.

Araşdırmanın müəlliflərindən biri- İrina Denisova deyir ki, orta rusiyalı il ərzində 15-18 litr vodka içir. Və Rusiya bu cür çoxlu vodka istehlakı baxımından digər ölkələri çox qabaqlayır. Araşdırma müəllifləri iddia edir ki, alkohola bu qədər aludə olmaq rusiyalıların ömrünü 9-10 il azaldır.

Uzun illərdir ki, ekspertlər vodkaya meylin azalması üçün arağın qiymətini qaldırmağı təklif edirlər. Amma daha öncəki siyasi hakimiyyətlərin alkohol əleyhinə qanunlar- “suxoy zakon”lar tətbiq etmə meyllərini Rusiya vətəndaşları çox pis qarşılayıblar.