Azərbaycanla Türkiyə qaz danışıqlarını niyə dayandırıb?

Türkiyənin Enerji naziri Taner Yıldız

Azərbaycan və Türkiyə arasında qaz nəqliylə bağlı danışıqlar siyasi səbəblər üzündən – Ankara Yerevan yaxınlaşması üzündən yarımçıq qalıb. Röyters agentliyinin xəbərinə görə, Türkiyənin Enerji naziri Taner Yıldız martın 23-də keçirdiyi mətbuat konfransında belə deyib.

Şahdəniz layihəsinin 2-ci fazası üzrə çıxarılacaq qazın Avropa Birliyinin dəstəklədiyi Nabukko layihəsi üçün önəmi böyükdür. Ancaq, Taner Yıldızn sözlərinə görə, “siyasi səbəblər üzündən, biz azərbaycanlılarla hardasa 1 aydır, ay yarıma yaxındır ki, bu məsələdən danışmamışıq".

Türkiyəli nazir onu da deyib ki, Azərbaycan qazının bazar qiymətlərindən aşağı tariflərlə Avropaya nəqli təklifi də hələ açıq qalır.